"Şeydayevin Səmədovdan əsas üstünlüyü..." Elxan Məmmədov

"Şeydayevin Səmədovdan əsas üstünlüyü..."  Elxan Məmmədov
08:27 18 Oktyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

"Aleksandr Səmədovun Azərbaycan millidə oynaması söhbəti bizdən əvvəl - AFFA-nın əvvəlki rəhbərliyi dövründə də olub. O, həmişə danışıqlarda bildirib ki, Rusiya milli komandasından dəvət gözləyir və bizə ümid verməyib. Ancaq Ramil Şeydayevlə bağlı vəziyyət fərqli idi". Fanat.Az xəbər verir ki, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov "Xəzər TV"də yayımlanan "Futbol saatı" proqramında söyləyib. 


Onun sözlərinə görə, bu yay Rusiya yığmasından Azərbaycan milli komandasına gətirdikləri 21 yaşlı hücumçu Ramil Şeydayev tarixi vətəninin şərəfini qorumaqdan imtina edən Aleksadr Səmədovdan fərlqi mövqe tutması ilə seçilib: "Ramil hər dəfə danışıqlarımızda bizə ümid verirdi. O, ağıllı futbolçudur. Bir fikrini xüsusi bəyəndim. Şeydayev deyirdi ki, mən heç 1 ilimi də itirmək istəmirəm. Axı nəzərə alaq ki, futbolçu həyatı qısadır. 18-35 yaş aralığında olur. O, sonda seçimini Azərbaycan yığmasının xeyrinə etdi. Milimizdə 2 məşqdə iştiark etdikdən sonra baş məşqçi Robert Prosineçki onu heyətə daxil etdi".

 

Məmmədov Şeydayevin alınmayan Rusiya karyerasından da söz açıb: "Hesab edirəm ki, Ramil "Zenit"in əsas komandasına düşsəydi, birbaşa Ruisya yığmasına dəvət olunacaqdı. Bu zaman onu Azərbaycan yığmasına gətirmək şansımız az olacaqdır. Ramil istedadlı futbolçudur və ola bilsin ki, "Zenit"in əsas komandasında şans veriləcəyi halda möhkəmlənərdi. Fikrimcə, Şeydayevin Səmədovdan əsas üstünlüyü gənc olmasındadır".

 

Baş katib Şeydayevin "Trabzonspor"u keçidində AFFA-nın vasitəçiliyi, ən əsası, məvacibini ödəmələri ilə bağlı deyilənlərə də münasibət bildirib: "Mətbuatdan bunu oxuduq və təəccüblə qarşıladıq. Təbii ki, yazılanlar həqiqətə uyğun deyil. Ramilin "Trabzonspor"da məvacibini klub ödəyir və bu, az məbləğ deyil. Onun menecerləri var və Türkiyə klubuna keçidi ilə bağlı məsələləri onlar həll ediblər. Bildiyimə görə, Şeydayevin klub karyerası ilə bağlı Almaniya və İspaniyada da variantları olub. Ancaq o, Türkiyəni seçib. Çünki burada oynamaq perspektivini daha real sayıb".

 

Xatıladaq ki, millmizdə 3 oyun keçirən Şeydayev ilk dəfə əsas heyətdə Çexiya yığması ilə səfərdəki son matçda çıxıb. (sportnet.az)





Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quoteydayevin-smdovdan-sas-ustunluyuquot-t53417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR