"Elxan Abdullayev bir yerdə işləməlidir: ya klub, ya da milli" - AFFA-nın baş katibi

"Elxan Abdullayev bir yerdə işləməlidir: ya klub, ya da milli" -  AFFA-nın baş katibi
08:47 18 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+


"Neftçi"də hər şey aydındır. Kluba yeni baş məşqçi, yeni icraçı-direktor gəlib və vəziyyətin qaydasına düzəlməsi üçün vaxt lazımdır. Hər halda, heyətdə olan futbolçular əvvəlki baş məşqçi və icraçı-direktorun vaxtında gətirilib. "Neftçi"nin əsas problem ondadır ki, son 1 ildə 3 baş məşqçiləri olub. Halbuki, uzunmüddətli baş məşqçi praktikası futbolumuzda yetərincədir". Fanat.Az xəbər verir ki, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov "Xəzər TV"də yayımlanan "Futbol saatı" verlişində bildirib.


Onun sözlərinə görə, millimizdə işləyən Elxan Abdullayevin baş məşqçi postuna gəlişi ilə bağlı "Neftçi" rəhbərliyindən rəsmi müraciət alıblar: "Təbii ki, biz də bunu müsbət cavabladıq. Çünki AFFA həmişə klublara öz köməyini göstərib və onlara etiraz etməyə haqqımız yoxdur. Elxan Abdullayev təyinatından sonra bizdən xahiş etdi ki, millinin baş inzibatçısı İslam Abbasovun da gəlişinə imkan yaradaq. Biz bunu da müsbət cavabladıq. O, müvəqqəti 2 vəzifəni icra edəcək. "Neftçi"də, yoxsa millidə işinin müvəqqəti olması artıq öz seçimindən asılı olacaq".

 

Məlum olduğu kimi, çətin günlərini yaşayan "Neftçi" çempionatdakı fasilə müddətində baş məşqçisinin xidmətindən məhrum olub. Bu da Abdullayevin həmin vaxt millidə olması ilə bağlıdır. Məmmədov peşəkarlığa əsasən məşqçinin iki yerdə çalışmasının düzgün olmamağı fikri iə razılaşdığını söyləyib: "Məşqçi bir yerdə işləməlidir. O, ya klubu, ya da millini seçməlidir. Ancaq onu da nəzərə alaq ki, yığmamızın bu il bir oyunu qalıb. Bu da noyabrda Şimali İrlandiya yığması ilə Belfastdakı qarşılaşmadır. Elxan Abdullayevlə söhbətdə belə razılığımız olub ki, həmin matçdan sonra oturub gələcək taleyini müzakirə edəcəyik. O, seçim etməli olacaq - ya "Neftçi", ya da klub. Hər bir məşqçi millidə də çalışmaq istəyir, "Neftçi" kimi klubda da. Elxan müəllimin keçmişi "Neftçi" ilə bağlı olub. Bunu nəzərə alsaq, yəqin ki, işini bu klubda davam etdirməyi seçəcək".  (sportnet.az)



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotelxan-abdullayev-bir-yerd-ilmlidir-ya-klub-ya-da-milliquot-t53418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR