Qubada güclü qar rayonun 8 kəndi ilə əlaqəsini kəsdi

Qubada güclü qar rayonun 8 kəndi ilə əlaqəsini kəsdi
09:32 18 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubaya yağan güclü qar rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsib.

Milli.Az report-a istindən bildirir ki, oktyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq yağan yağış sonra qara çevrilib.
Xınalıq kənd sakinlərinin verdiyi məlumata görə, qarın hündürlüyü 50 santimetdən çoxdur. Hazırda qonşu kəndlərdə də eyni vəziyyətdir.
Buduq kəndi Böyük Qafqaz silsiləsində olduğu üçün orada qarın hündürlüyü daha çoxdur. Burada qarın hündürlüyü 55 sm-dir. Hazırda qarın yağması davam edir.
Quba FHK Komissiyasının sədri Yusif Abidov "Report"a açıqlamasında bildirib ki, "qar güclənsə, çətinliklər yaranacaq, ancaq bununla bağlı tədbirlər görüləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR