Cənub bölgəsinə qar yağıb

Cənub bölgəsinə qar yağıb
09:54 18 Oktyabr 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Cənub bölgəsinin yüksək dağlıq ərazilərinə ilk qar yağıb.

 

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovon APA-nın cənub bürosuna verdiyi məlumata görə, yağıntı Lerik şəhəri də daxil olmaqla, rayonun 50-ə yaxın yaşayış məntəqəsini əhatə edib. 8-10 sm-lik qar yerli əhali üçün heç bir problem yaratmayıb.

 

Qar yağışı həmçinin qonşu Yardımlı rayonunun yüksək dağlıq ərazilərində yerlərində yerləşən Ostayır, Daşkənd və digər yaşayış məntəqələrinə də düşüb. Burada qarın hündürlüyü hələlik 7-10 sm təşkil edir.

 

Bəzi yerlərdə mənfi temperatur qeydə alınıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR