Cənuba ilk qar yağdı - FOTOLAR

Cənuba ilk qar yağdı - FOTOLAR
10:13 18 Oktyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənub bölgəsinin yüksək dağlıq ərazilərinə ilk qar yağıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovon APA-nın cənub bürosuna verdiyi məlumata görə, yağıntı Lerik şəhəri də daxil olmaqla, rayonun 50-ə yaxın yaşayış məntəqəsini əhatə edib. 8-10 sm-lik qar yerli əhali üçün heç bir problem yaratmayıb.

Qar yağışı həmçinin qonşu Yardımlı rayonunun yüksək dağlıq ərazilərində yerlərində yerləşən Ostayır, Daşkənd və digər yaşayış məntəqələrinə də düşüb. Burada qarın hündürlüyü hələlik 7-10 sm təşkil edir.

Bəzi yerlərdə mənfi temperatur qeydə alınıb.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR