Aparıcı Azər Axşamın yeni verilişinin tanıtım çarxı yayımlanıb.
Axşam.az-ın məlumatına görə, “Bir axşam” adlanan proqram yaxın günlərdə efirə gedəcək.
A.Axşam əməkdaşımızla söhbətində bildirib ki, veriliş yarışma xarakterlidir. Tamaşaçılar efirə zəng edərək müxtəlif hədiyyələr qazanacaqlar. “Bir axşam” həftədə bir gün yayımlanacaq.