ABŞ-ın ştatlarından birində oktyabrın 18-i “Azərbaycanın Müstəqilliyi Günü” elan edilib

ABŞ-ın ştatlarından birində oktyabrın 18-i “Azərbaycanın Müstəqilliyi Günü” elan edilib
10:22 18 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok oktyabrın 18-ni Montana ştatında “Azərbaycanın Müstəqilliyi Günü” elan edib.
Azərbaycanın Los-Ancelesdəki konsulluğundan "Report"a verilən məlumata görə, qubernator bunu Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanladığı xüsusi təbrik məktubunda bildirib.
S.Bullok Azərbaycanın müstəqilliyinin və azadlığının bərpası və qorunub-saxlanılması yolunda Azərbaycan xalqının göstərdiyi əzmkarlığı alqışladığını vurğulayıb. Qubernor son 25 ildə Azərbaycan Respublikasının müxtəlif dini etiqad və mədəniyyət daşıyıcılarının sülh içərisində birgə yaşayışı üçün beynəlxalq aləmdə uğurlu model kimi tanındığını qeyd edib.
O, oktyabrın 18-ni Montana ştatında “Azərbaycanın Müstəqilliyi Günü” elan etməkdən şərəf hissi duyduğunu vurğulayaraq, ştatın bütün sakinlərini bu əlamətdar bayram sevincinə qoşulmağa çağırıb.
Konsulluqdan bildirilib ki, ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval da azərbaycanlıları təbrik edib. Qubernator B.Sandoval Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna xüsusi təbrik məktubu göndərib və Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə xoş arzularını çatdırıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/abs-in-statlarindan-birinde-oktyabrin-18-i-azerbaycanin-musteqilliyi-gunu-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR