Çempionlar Liqasında 3-cü tur başlayır

Çempionlar Liqasında 3-cü tur başlayır
10:33 18 Oktyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, turun ilk oyun günündə E, F, G və H qruplarında mübarizə aparan komandalar meydana çıxacaq.

Rusiyanın ÇSKA klubu Fransa "Monako"sunu qəbul edəcək. Meydan sahibləri qələbə qazanarsa, qrupdakı vəziyyətini xeyli yaxşılaşdıracaq. Hazırda ÇSKA 1 xalla 4-cü pillədədir. Qrupun digər oyununda isə İngiltərənin "Tottenhem" klubu Almaniyada "Bayer"lə münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər qarşılaşmalarından Dortmund “Borussiya”sının Portuqaliya, “Yuventus”un isə Fransa səfəri maraqla gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR