Ronaldunun 260 minlik avtomobili

Ronaldunun 260 minlik avtomobili
10:42 18 Oktyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya millisinin və İspaniya "Real"ının futbolçusu Kriştianu Ronaldu yeni avtomobili ilə şəklini paylaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İspaniya çempionatının son turunda "Betis" üzərində 6:1 hesablı qələbədən məmnun qalan portuqaliyalı oyunun ertəsi gün "İnstaqram"da izləyicilərini salamlayıb.

O, yeni "Lamborcini Aventador"la çəkdirdiyi şəkli paylaşaraq, "Sabahınız xeyir" statusu ilə diqqət çəkib. Ronaldunun bu avtomobili 260 min funt-sterlinq dəyərindədir.
 
31 yaşlı hücumçunun 515 at gücünə malik nəqliyyat vasitəsi önündə poza verməsinə özünün uğurlu çıxışı da rəvac verib. "Betis"lə görüşdə sonuncu qolun müəllifi olan Ronaldu yeni mövsümdə 7-ci matçda 4-cü dəfə fərqlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR