Bakının mərkəzində binada uçqun - FOTO

Bakının mərkəzində binada uçqun - FOTO
10:52 18 Oktyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən yaşayış binasında uçqun olub.

Milli.Az azvision.az-a istinadən bildirir ki, binanın 3-cü mərtəbəsində balkon uçub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşını cəlb edilib. 

FHN əməkdaşlarının AzVision.az-a verdiyi məlumata görə, aramsız yağışlar nəticəsində binanın 3-cü mərtəbəsindəki balkonun beton piltələri su çəkib və nəticədə çöküb. Eyni zamanda binanın 2-ci mərtəbəsindəki balkona ciddi ziyan dəyib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sakinlərin sözlərinə görə, uçqun olan bina köhnə olduğundan bundan öncə də belə hadisələr baş verib.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR