22 yaşlı futbolçu güllələndi

22 yaşlı futbolçu güllələndi
10:57 18 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriya futbolunda faciə baş verib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yerli "Şutinq Starz" klubunun futbolçusu İzu Jozef qətlə yetirilib.

Nigeriya çempionatında mövsüm başa çatdığından, 22 yaşlı mərkəz müdafiəçisi istirahət etmək üçün doğma şəhəri Okakiyə gedib. Lakin yerli bazarda baş verən qarşıdurma onun həlak olması ilə nəticələnib.  
 
Klubun baş meneceri Raşid Baloqu ölümün dəqiq səbəbini hələ bilmədiklərini söyləyib: "Biz futbolçunun ölüm səbəbi ilə bağlı fərqli mesajlar alırıq. Hazırkı məqamda belə qənaətə gəlmək olar ki, təsadüfi açılan atəş zamanı güllə Jozefə tuş gəlib".
 
Nigeriya Futbol Federasiyasının prezidenti Amadju Pinnik isə futbolçulara xəbərdarlıq edib: "Bütün oyunçular ünsiyyət qurduqları insanlarla və getdikləri yerlərlə bağlı diqqətli olmalıdırlar. Əvvəl-axır hamımız öləcəyik. Ancaq biz İzu Jozefin başına gələnlərlə digər futbolçuların üzləşməsini istəmirik".
 
Qeyd edək ki, "Şutinq Starz" klubu Nigeriya Premyer Liqasını 47 xalla 15-ci pillədə başa vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR