Parisdə ETİRAZ - Bu dəfə polislər aksiya keçirirlər

Parisdə ETİRAZ - Bu dəfə polislər aksiya keçirirlər
10:57 18 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Parisin mərkəzində 500-ə yaxın polis etiraz aksiyası keçirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, xuliqanlarla qarşıdurma zamanı 1 nəfər polisin xəsarət almasından sonra paytaxt polisləri şəhər mərkəzində etiraz aksiyası keçirməyə qərar veriblər.

Oktyabrın 8-də Viri Şatiyon rayonunda 15 nəfərlik gənclərdən ibarət dəstə ilə polis qüvvələri arasında qarşıdurma baş verib. Səbəb isə həmin ərazidə avtomobil qaçırılması faktlarını yaddaşa yazan yeni quraşdırılmış müşahidə kamerasını polislərin qoruması olub. Yerli gənclər həmin müşahidə kamerasını məhv etmək istəyərkən qarşıdurma yaranıb və 28 yaşlı polis əllərindən və bədəninin yuxarı hissələrindən yanıq xəsarətləri alıb.

Hazırda polisin vəziyyəti ağırdır, Parisin Sen-Lui xəstəxanasında süni komaya salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR