"PAŞA Bank" bu il 40 mln. manat mənfəət əldə etmək niyyətindədir

"PAŞA Bank" bu il 40 mln. manat mənfəət əldə etmək niyyətindədir
10:57 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Bu ilin sonuna 40 mln. manat mənfəət əldə etməyi düşünürük. Bazarda sürpriz olmasa, bu nəticəni əldə edəcəyik".
"Report"un verdiyi xəbərə görə, bu barədə "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov bu gün yarımilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında çıxışında bildirib. 
Onun sözlərinə görə, "PAŞA Bank" cari ilin ilk 6 ayının nəticəsində 24 mln. manat həcmində mənfəət əldə edib. Bu da Bankın tarixində ən yüksək nəticədir: "Makroiqtisadiyyatı nəzərə alsaq, yüksək nəticədir. Bu, peşəkar komandanın olması, risk menecmentinin  bazardakı çağırışlara qarşı effektiv addımlar atmasının nəticəsidir".
T.Kazımov bildirib ki, Bank Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir: "Bu ilin ilk yarısını hər iki müəssisə gəlirlə başa vurub. Türkiyədə 6,7 mln. lirə, Gürcüstanda 2,2 mln. lari mənfəət əldə edlilib".
"2017-ci ildə əsas istiqamət institusional inkişaf, müştərilərə dəstək olacaq", - deyə Bankın sədri qeyd edib.
Qeyd edək ki, "PAŞA Bank"ın cəmi kapitalı son bir ildə 28% artaraq 2016-cı il iyulun 1-nə 450,426 mln. manata, cəmi aktivləri 32% artaraq 2 224,983 mln. manata, kredit portfeli 28% artaraq 983,679 mln. manata, xalis mənfəəti 12,2 dəfə artaraq 24,416 mln. manata çatıb. Aktivlərin gəlirliliyi 1,10%, kapitalın gəlirliliyi 5,42% olub. Ötən ilin eyni dövründə isə bu göstəricilər müvafiq olaraq 0,12% və 0,57% təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/pasa-bank-bu-il-40-mln-manat-menfeet-elde-etmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR