PAOK "Qarabağ"la oyun öncəsi problemlə üzləşdi

PAOK "Qarabağ"la oyun öncəsi problemlə üzləşdi
11:05 18 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının III turunda "Qarabağ"ın qonağı olacaq PAOK qarşılaşmanın hazırlıqlarına start verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Saloniki təmsilçisi heyətlə bağlı problemlər yaşayır.

Bir neçə zədəli oyunçunun olduğu bildirilən xəbərdə həmin futbolçuların son durumu ilə bağlı məlumat verilib. Yunanıstan Super Liqasının VII turunda "İraklis"lə (1:0) qarşılaşmada zədələnərək fasilədə əvəzlənən Stelios Malezasın durumu qeyri-müəyyəndir. Dünən MRT müayinəsindən keçən mərkəz müdafiəçisinin taleyinə bu gün aydınlıq gələcək. "İraklis"lə görüşdə zədələnən digər futbolçu Marin Leovaçın vəziyyəti isə qənaətbəxşdir. Xorvatiyalı müdafiəçinin bu gün məşqlərə başlaması gözlənilir.
 
Son oyunu buraxan müdafiəçi Dimitris Ciannulis bərpaedici məşqləri başa vuraraq, kollektivə qoşulub. Məşqlər zamanı ayağında ağrılar hiss edən yarımmüdafiəçi Dimitris Pelkas bu gün tibbi müayinədən keçəcək.
 
Nəhayət, komandanın daha bir aparıcı müdafiəçisi Georgios Tzavellas trenajor zalında reabilitasiya məşqi keçib. Onun da bu gündən məşqlərə qoşulması gözlənilir.
 
Qeyd edək ki, "Qarabağ" - PAOK matçı oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR