SOCAR hələ manatla istiqraz buraxmaq istəmir

SOCAR hələ manatla istiqraz buraxmaq istəmir
11:07 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hələ ki, manatla istiqraz buraxmaq istəmir. “Report” xəbər verir ki, bunu SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu bildirib.
Onun sözlərinə görə, hazırda Şirkət yalnız dollarla istiqraz buraxmaq barədə düşünür: “Məqsəd faiz ödəməkdən əlavə əhalinin əlində olan dollar vəsaitlərini iqtisadiyyata cəlb etməkdir. Bunu hazırda dollarlaşma ilə bağlı vəziyyət də tələb edir. Əgər dollarlaşma dayanarsa, manat istiqrazları barədə düşünmək olar”.
A.Ağaoğlu onu da deyib ki, SOCAR hələlik ən yaxşı halda dollara bağlı manat istiqrazları barədə nə isə planlaşdıra bilər: “Söhbət dəyərinin bir hissəsi dollarla, bir hissəsi manatla ödənilən istiqrazdan gedə bilər”.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/socar-hele-manatla-istiqraz-buraxmaq-istemir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR