Putin ordunu hərbi hazırlıq vəziyyətinə gətirdi

Putin ordunu hərbi hazırlıq vəziyyətinə gətirdi
11:08 18 Oktyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Silahlı Qüvvələrinin Mərkəzi hərbi dairəsinin hərbi hissələri hərbi hazırlıq vəziyyətinə gətirilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Mərkəzi hərbi dairəsinin komandan müavini Yaroslav Roşupkin bildirib.

Hərbi hissələrdə yoxlamalar beş gün davam edəcək. Yoxlamaların gedişatında 20 mindən çox hərbi qulluqçu müdafiə və hücum manevrləri də daxil olmaqla döyüş hərəkətlərinin bütün növlərini yerinə yetirəcək.

Motoatıcı, tank və artilleriya bölmələri, Tolmaçevo təyyarə bazasının ekipajları, S-300 və S-400 zenit-raket divizionları, xüsusi təyinatlı dəstələr, həmçinin hərbi təminatın bütün növlərinin mütəxəssisləri yoxlamalara cəlb edilib.

Yoxlamalarda həmçinin ilk dəfə hərbi psixoloqlar iştirak edəcək. Onlar hərbi kollektivin birliyini, hərbi qulluqçuların psixoloji əhval-ruhiyyəsini təhlil edəcəklər.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR