Qubad İbadoğlu: “Partiya yaradılması alternativ variantlardan biridir”

Qubad İbadoğlu: “Partiya yaradılması alternativ variantlardan biridir”
15:52 5 Yanvar 2015
140 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 15:47 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. "Hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatının strukturlaşması mərhələsini yaşayırıq. Elan etdiyimiz hərəkatın siyasi partiyaya çevrilməsi bu ilin proqram fəaliyyətində nəzərdə tutulmayıb. Amma strateji plan və müzakirələr başa çatmayıb, partiya yaradılması da alternativ variantlardan biridir. Partiya məsələsi nə vaxtsa gündəmə gələ bilər”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının üzvü, başqanlığa keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib. O bildirib ki, iki gün əvvəl Təşkilat Komitəsinin toplantısı olub, regionlarda təşəbbüs qruplarının formalaşdırılması və təsis yığıncağına hazırlıq müzakirə olunub: “Yaxın bir ay-ay yarım ərzində ADR-in təsis yığıncağının keçirilməsini planlaşdırırıq. Nəzərdə tutmuşuq ki, təsis yığıncağına qədər bu müddət ərzində Azərbaycan rayonlarının 1/3-də təşkilatlanaq. Artıq Salyan rayonunda yerli struktur yaradılıb. Təsis yığıncağından sonra da regionlarda strukturlaşma işi davam edəcək. Hazırda həm kənd rayonlarında, həm də Bakı şəhərinin rayonlarında təşəbbüs qruplarının formalaşması istiqamətində fəaliyyət davam edir. Fəaliyyət Proqramı, Strateji Plan işlənib, bunu təsis yığıncağında açıqlayacağıq. Nizamnamə və Əsasnamənin layihələri də hazırdır, bu sənədləri də təsis yığıncağına qədər ictimailəşdirmək istəmirik”.    


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR