Prezidentliyə namizəd EŞQ SİRLƏRİNİ AÇDI: “O məşhur aktrisa yataqda möcüzədir”

Prezidentliyə namizəd EŞQ SİRLƏRİNİ AÇDI: “O məşhur aktrisa yataqda möcüzədir”
11:18 18 Oktyabr 2016
1253 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ-ın növbəti prezidenti olmağa iddialı olan Donald Tramp növbəti qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, seçkilərdən öncə cinsi təcavüzdə günahlandırılan Donald Trampun 2004-cü ildə verdiyi müsahibənin səs yazısı “CNN” televiziyasında yayımlanıb. O, “CNN” radio aparıcısı Houard Sternin Lindsay Lohan haqqında verdiyi sualına açıq-aydın cavab verib. Ekssentrik milyarder müsahibəsində Lindsay Lohanın yataqda yaxşı olduğunu söyləyib.

Aparıcı ilə milyarder illər əvvəl verdiyi müsahibədə 18 yaşlı gənc aktrisa haqqında bunlarını danışıb:

Stern: Mərc gələrəm ki, həyat yoldaşın Melaniyanı Lindsay Lohana dəyişərsən.

Tramp: Lindsay Lohan haqqında nə düşünürsən?

Stren: Ehtiraslı qız olduğunu düşünürəm.

Tramp: Bu, mühümdür. Amma çillərdən xoşlanmalısan. Sinəsinə yaxından baxanda çox çilli olduğunu görmüşdüm.

Stren: Bu qalmaqallı gənc qızla sekslə məşğul olmağın necə hiss olacağını təsəvvür edirsinizmi?

Tramp: Yəqin ki, haqlısan. Həqiqətən də olduqca qəribə qızdır, bu səbəblə də yataqda möcüzədir. Problemləri olan qadınların necə olduğunu yəqin ki, bilərsən. O tip qadınlar yataqda hər zaman ən yaxşısı deyildir?

Lohanın meneceri isə Trampın səs yazısı haqqında “CNN”-ə verdiyi açıqlamada aktrisanın həyatında baş verən pozitiv hadisələr haqqında danışmağa üstünlük verdiyini deyib. O, Donald Trampın özü haqqında verdiyi şərhlərə susmağa üstünlük verdiyini qeyd edib.

Xatırladaq ki, Trampın bu səs yazısı bir neçə həftə əvvəl başqa bir qadınla olduqca açıq ifadələrlə danışdığı səs yazısından sonra mətbuatda yayılıb. Cinsi təcavüz və zorlama iddialarına da günahlandıran Tramp Şimali Karolinada çıxışı əsnasında səs yazılarının qondarma və montaj olduğunu iddia etmişdi.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/172571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR