Nazir: “Bir daha amnistiya olmayacaq”

Nazir: “Bir daha amnistiya olmayacaq”
11:18 18 Oktyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanda bundan sonra heç vaxt amnistiya haqqında qərar qəbul edilməyəcək.

Publika.az “Vlast.kz” saytına istinadən xəbər verir ki, bunu Qazaxıstan daxili işlər naziri Kalmuxanbet Qasımov deyib.

O, Qazaxıstanın müstəqilliyin 25-ci ildönümü ilə bağlı da amnistiya olmayacağını, bütovlükdə belə təcrübədən imtina edəcəyini bildirib.

“Amnistiya köhnə sovet yanaşmasıdır. Mən bilmirəm, bu, bundan sonra necə olacaq. Amma, prinsip etibarilə, amnistiya haqqında qanun hazırlanmayacaq”, - nazir qeyd edib.

Daxili İşlər Nazirliyinin başçısının sözlərinə görə, Qazaxıstan məhbusların amnistiyası təcrübəsindən imtina edərək daha müasir metodlara keçəcək: “Beynəlxalq təcrübədə əfv və bağışlama kimi üsullardan istifadə edilir. Əgər kimsə əfv üçün müraciət edərsə, ona komissiya baxacaq”, - o, yekunlaşdırıb.

Qeyd edək ki, son genişmiqyaslı amnistiya müstəqilliyin 20-ci ildönümü ilə əlaqədar verilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR