Sürüşmə ərazilərində fəallıq davam edir

Sürüşmə ərazilərində fəallıq davam edir
11:19 18 Oktyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

 

Bir çox sürüşmə sahələrində sürüşmələrin nəzərə çarpan fəallığı hələ də müşahidə olunur.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə  Lent.a-a açıqlamasında deyib ki, artıq İsmayıllı, Ağsu, Şamaxı ərazilərində olan fəal sürüşmə sahələrində, o cümlədən Qobustan-Şamaxı yolunun ətrafında, Qusar, Quba, Xızı, Şabran, Siyəzən rayonları ərazisində sürüşmələrdə əhəmiyyətli fəallaşma var.

 

E.Əlizadə bildirib ki, həm ətraf əraziləri su basması, həm də sürüşmələrin aktivləşməsi Lənkəran, Astara zonası, Lerik yolunda. Yardımlı rayonu ərazisində, həmçinin də Gədəbəy-Daşkəsən zonasında, Qazax və digər ətraf sahələrdə də müşahidə olunub.

 

Bakı ərazisində də daha çox fəallaşmanın Zığ massivi, Masazır və Qaraçuxur qəsəbəsindəki sürüşmə zonalarında qeydə alındığını deyən E.Əlizadə əlavə edib ki, Bayıl və Badamdar yamacında da fəallıq artmaqdadır.

 

Direktor müavini vurğulayıb ki, sürüşmə zonalarında hər dəfə yağışlı havalarda təhlükənin artmasına səbəb kiçik çay dərələrinin vaxtında təmizlənməməsi, su ötürücü qurğuların  saz hala gətirilməməsi, daha təhlükəli yamaclarda yamac bərkitmə işlərinin kifayət qədər görülməməsi ilə bağlıdır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR