Azərbaycanda ailə bağçalarının yaradılması təklif edilir

Azərbaycanda ailə bağçalarının yaradılması təklif edilir
11:27 18 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda ailə bağçasının yaradılması təklif edilir.
"Report" xəbər verir ki, bu “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan layihə barədə danışan komitə sədri İsa Həbibbəyli deyib ki, ailə bağçaları ilə bağlı monitorinq aparıblar: "Hazırkı mərhələdə ailə bağçaları demək olar ki, müraciət olunmayan formalardan birinə çevrilib".
O qeyd edib ki, sanator tipli (bu uşaq baxçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), eləcə də bəzi sağlamlıq imkanları məhdud uşaqlar üçün bağçaların yaradılması nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycanda-aile-bagcalarinin-yaradilmasi-teklif-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR