ATS-i su basdı, 600-dən çox abonent telefonsuz qaldı

ATS-i su basdı, 600-dən çox abonent telefonsuz qaldı
11:38 18 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunun Yeni Biləcəri qəsəbəsində yerləşən 401 nömrəli telefon qovşağının binasını su basıb.

Hadisə oktyabrın 17-də axşam saatlarında baş verib. İntensiv yağan yağış suları binanın içinə də dolub. Nəticədə 600-ə yaxın abonentin telefon xəttində problem yaranıb.

Qovşağın əməkdaşları yanğın təhlükəsini aradan qaldırmaq üçün binaya pəncərədən daxil olub.

Yasamal Telefon Qovşağından saytımıza verilən məlumata görə, təbii fəlakət nəticəsində qovşaqda baş verən fəsadları aradan qaldırmaq üçün bir həftəyə yaxın vaxt tələb olunur. (AzNews.az)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR