Gülənin “sözçüləri” həbs olunacaq

Gülənin “sözçüləri” həbs olunacaq
11:43 18 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbul Prokurorluğu “Today’s Zaman” qəzetinin keçmiş yayım direktoru Bülent Keneş, “Samanyolu” TV-nin keçmiş xəbər aparıcısı Şemseddin Efe və bağlanan “Zaman” qəzetinin keçmiş yazarı Abdulkerim Balcı barəsində həbs qərarı çıxarıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən şəxslərlə bağlı istintaq araşdırması İstanbul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosunun müstəntiqi Can Tuncay tərəfindən aparılıb.

Sözügedən şəxslər “FETÖ” ilə cinayət ortaqlığında, Türkiyə dövləti əleyhinə çağırışlar etməkdə, kampaniyalar aparmaqda və terrorçuluğu dəstəkləməkdə təqsirli bilinirlər.

İstanbul Prokurorluğu sözügedən şəxslərin həbsi ilə bağlı sanksiya çıxarıb.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR