Azərbaycanda yeni növ uşaq bağçaları yaradıla bilər

Azərbaycanda yeni növ uşaq bağçaları yaradıla bilər
11:47 18 Oktyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məktəbəqədər yaşlı uşaqlar üçün yeni növ təhsil müəssisələri yaradıla bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Məktəbəqədər təhsil haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanuna əsasən, məktəbəqədər yaşlı uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanatoriya tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.

Bunlar arasında sanatoriya tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ müəssisələr olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR