Məşhur azərbaycanlı biznesmenin başına oyun açdılar - FOTOLAR

Məşhur azərbaycanlı biznesmenin başına oyun açdılar - FOTOLAR
11:48 18 Oktyabr 2016
132 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulda məşhur azərbaycanlı iş adamı girov götürülüb.

Publika.az
Türkiyə mediasına istinadən xəbər verir ki, adı Mustafa T. olaraq qeyd olunan azərbaycanlı iş adamı keçmiş işçisi tərəfindən tələyə salınıb.

Belə ki, Azərbaycanın ən məşhur hazır geyim markalarından birinin sahibi Mustafa T.-ya zəng edən keçmiş işçisi Latifa M. onunla görüşmək istədiyini deyib. Latifa M.-nın verdiyi adresə gedən Mustafa T. iki maskalı şəxs tərəfindən girov götürülüb.

Maskalılar azərbaycanlı iş adamına işgəncə verib, onun üzərindəki 10 min dolları götürüblər. Daha sonra onu bir xəstəxananın qarşısına atıblar.

Hüquq-mühafizə orqanları Mustafa T.-nı qaçıran şəxsləri həbs edib.

Asif




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR