Azərbaycanın müdafiə naziri "Gələcək Qüvvələr Forumu-2016"da iştirak edəcək

Azərbaycanın müdafiə naziri "Gələcək Qüvvələr Forumu-2016"da iştirak edəcək
11:52 18 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "Gələcək Qüvvələr Forumu-2016"da iştirak etmək üçün oktyabrın 17-də Çexiyanın paytaxtı Praqa şəhərinə gedib.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Z.Həsənovu foruma Çexiyanın müdafiə naziri Martin Stropnitski dəvət edib.
Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.
Tədbir çərçivəsində Z.Həsənov çexiyalı həmkarı M.Stropnitski və bir sıra digər rəsmi şəxslərlə görüşəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/herbi/azerbaycanin-mudafie-naziri-gelecek-quvveler-forumu-2016-da-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR