Primetime.az xəbər verir ki, ötən gün ad gününü qeyd edən cazibədar aktrisa Pərvin Abıyeva şəhərin qlamur məkanlarının birində özünə "Pervinkas party" keçirib. 26 yaşını qeyd edən Pərvin ətrafına ən yaxın dostlarını toplayıb.
Gecədə prodüserlər Tarix Əliyev (Tolik), Təranə Səmədova, müğənni-aparıcılar Sevil-Sevinc bacıları, rejissor Kənan M.M., rəqqasə Renka, stilist Samiraldo, eləcə də ailə üzvləri iştirak ediblər.
Sevil-Sevinc bacılarının idarə etdiyi doğum gününün yaddaqalan məqamlarından biri, Pərvinin yaxın dostu, rejissor Kənan M.M.-in "Gecə qonağı 2" filminin çəkilişlərini aparması olub. Pərvinə hədiyyə gələn ən özəl gül dəstəsi isə prodüser Tarix Əliyevə məxsus idi.
Milli.Az