SOCAR qaz çatışmazlığı ilə bağlı deyilənlərə münasibət bildirib

SOCAR qaz çatışmazlığı ilə bağlı deyilənlərə münasibət bildirib
12:17 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədə təbii qaz qıtlığının yaranması, mavi yanacağın təzyiqinin aşağı olması ilə bağlı deyilənlərə münasibət bildirib. "Report" xəbər verir ki, Şirkətin mövqeyini onun prezidenti Rövnəq Abdullayev açıqlayıb.
SOCAR prezidenti Azərbaycanda qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını deyib: "Noyabrın 1-dən qış rejiminə keçəcəyik və qazın təzyiqini artıracağıq. Bunun üçün 15 gün öncədən hazırlıqlar başlayıb". 
"Anbarlarda kifayət qədər qaz ehtiyatı var. Güclü yağışlar zamanı qaza tələbatın kəskin artması müvəqqətidir. Adətən insanlar soyuq olanda evi qazla qızdırır, amma hava istiləşən kimi qazdan istifadəni azaltmaq əvəzinə pəncərələri açırlar", - deyə SOCAR rəhbəri qeyd edib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR