Məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı yeni təklif

Məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı yeni təklif
12:17 18 Oktyabr 2016
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri İsa Həbibbəyli çıxış edib.

İ.Həbibəyli bildirib ki, özəlləşmə məktəbəqədər təhsil müəssisələrinin təyinatını dəyişməməlidir:

"Qanun layihəsinin hazırlıq variantında bağçaların özəlləşdirilməməsini qeyd etmişdik. Lakin sonra baxdıqda aydın olur ki, rayonların bəzilərində maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var. Belə faktlar rayonlarda müşahidə olunur. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsini mümkün hal hesab edirik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR