Dağıntılar altından sağ çıxarılan uşaq hər kəsi təəccübləndirdi - FOTO

Dağıntılar altından sağ çıxarılan uşaq hər kəsi təəccübləndirdi - FOTO
12:32 18 Oktyabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Hələb şəhərinə hava hücumu zamanı yarısı uçan bir binanın dağıntıları altında sıxışıb qalan azyaşlı sağ çıxarılıb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, xilas edilən uşağın üst geyimindəki yazı görənləri heyrətləndirib. Uşağın üzərindəki geyimdə ingilis dilində "atəş açmayın" yazısı diqqət çəkib.

Xəstəxanaya çatdırılan uşağın sağlıq vəziyyətinin yaxşı olduğu bildirilir.

Suriya İnsan Haqqları Mərkəzi, bazar günü rus qırıcılarının hava zərbəsi zamanı 5-i uşaq olmaqla 17 şəxsin öldüyünü açıqladı.

Təhməz Təkin

Milli.Az.














RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR