Vitse-prezidentin oğlu İŞİD-lə döyüşdə yaralandı

Vitse-prezidentin oğlu İŞİD-lə döyüşdə yaralandı
12:38 18 Oktyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali İraq kürd muxtariyyətinin vitse-prezidenti və Kürdüstan Vətənpərvərlik İttifaqının baş katibinin birinci müavininin oğulu Şalau Kosrad Rəsul Mosul əməliyyatında yaralanıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kürdüstan Vətənpərvərlik İttifaqının media mərkəzindən bildiriblər.

“Şalau Kosrad Rəsul peşmergə (kürd muxtariyyətinin silahlı qüvvələri –red.) alayının tərkibində vuruşurdu. Onun beş yoldaşı Mosuldan şərqdə yerləşən Nimrud şəhəri uğrunda gedən döyüşdə həlak olub”, - xəbərdə deyilir.

Vitse-prezidentin oğlunun vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, dünən erkən saatlarından İraqın ən böyük şəhərlərindən olan və 2014-cü ilin yayından İŞİD-in əlində olan Mosul şəhərinin azad edilməsi üçün əməliyyat başlanıb.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR