"Kəpəz"in legioner futbolçusunun vəziyyəti aydınlaşıb

"Kəpəz"in legioner futbolçusunun vəziyyəti aydınlaşıb
12:42 18 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VIII turunda AZAL-la səfər oyununda zədələnən Gəncənin "Kəpəz" klubunun futbolçusu Dario Frederikonun durumuna aydınlıq gəlib. 
"Report"un klub saytına istinadən verdiyi məlumata görə, MRT müayinəsindən keçən braziliyalıya birinci dərəcəli əzələ yırtığı diaqnozu qoyulub.
Yarımmüdafiəçi qarşıdakı 3 həftə futbol oynaya bilməyəcək. Frederiko yalnız gələn ayın əvvəlindən məşqlərə başlaya biləcək. Bu müddət ərzində onun müalicəsi Bakıda aparılacaq.
Qeyd edək ki, Dario ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək mövsümün sonuna kimi sıradan çıxmışdı. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/kepez-in-legioner-futbolcusunun-veziyyeti-aydinlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR