Türkiyədə terror xəbərdarlığı: İŞİD otelləri hədəfə alıb

Türkiyədə terror xəbərdarlığı: İŞİD otelləri hədəfə alıb
12:47 18 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Milli Kəşfiyyat Təşkilatı İŞİD terror təşkilatı tərəfindən ölkənin bütün vilayətlərində terror aktlarının mümkün təşkili barədə xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, terrorçuların hədəfi turistlər, siyasi liderlər, xarici diplomatların daha çox olduğu yerlər, eləcə də otellər ola bilər.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Xalq Demokrat Partiyası liderlərinin də hədəfdə olduğu barədə xəbərdarlıq edib. Bu səbəbdən partiya fəalları, millət vəkilləri ətrafında mühafizə gücləndirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR