AZAL-dan "Kəpəz"ə ikinci Dario zərbəsi

AZAL-dan "Kəpəz"ə ikinci Dario zərbəsi
12:57 18 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının VIII turunda AZAL-la səfər oyununun sonunda zədələnən “Kəpəz”in futbolçusu Dario Frederikonun durumuna aydınlıq gəlib. Fanat.Az xəbər verir ki, MRT müayinəsindən keçən braziliyalıya birinci dərəcəli əzələ yırtğı diaqnozu qoyulub. 


Bu isə o deməkdi ki, yarımmüdafiəçi qarşıdakı 3 həftə futbol oynaya bilməyəcək. Klubun tibb personalının verdiyi məlumata görə, Frederiko yalnız gələn ayın əvvəlində məşqlərə başlaya biləcək. Bu müddət ərzində onun müalicəsi Bakıda aparılacaq.


Qeyd edək ki, Dario ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək mövsümün sonuna kimi sıradan çıxmışdı. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azal-dan-quotkpzquot-ikinci-dario-zrbsi-t53425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR