MBNP sədri Dünya Bankının missiyasını qəbul edib

MBNP sədri Dünya Bankının missiyasını qəbul edib
13:07 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi Dünya Bankının (DB) istehlakçıların müdafiəsi və maliyyə savadlılığı üzrə texniki yardım missiyasını qəbul edib. Bu barədə "Report"a Palatadan bildirilib.
Məlumata görə, görüşdə istehlakçıların hüquqlarının müdafiəsi və maliyyə savadlılığı sahəsində atılan addımlar, əməkdaşlıq perspektivləri müzakirə edilib. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlardan söz açan xanım Priqojina bu sahədə DB ilə Azərbaycan arasında dialoqunun davam etdirilməsinin məqsədəuyğun olduğunu qeyd edib.
İstehlakçıların və investorların hüquqlarının qorunması, eləcə də əhalinin maliyyə savadlılığının artırılması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs edən R.Aslanlı maliyyə bazarları sahəsində əhalinin maarifləndirilməsinin Palatanın qarşısında duran əsas vəzifələrdən biri olduğunu bildirib.
Onun sözlərinə görə, DB-nın istehlakçıların hüquqlarının müdafiəsi, müraciətlərə baxılması, eləcə də maliyyə savadlılığının artırılması ilə bağlı bilik və potensialın gücləndirilməsi tədbirlərinin təşkili MBNP üçün maraqlıdır və dərindən öyrəniləcək.
Görüşdə həmçinin istehlakçıların hüquqlarının müdafiəsi üzrə hüquqi, tənzimləyici və nəzarətlə bağlı islahatlar gündəliyi üzrə fəaliyyət planı və DB-nın texniki yardım missiyası çərçivəsində qarşıda duran məqsədlərin və planlaşdırılan tədbirlərin yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/mbnp-sedri-dunya-bankinin-missiyasini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR