İquain Prosineçkini haqsız çıxarır

İquain Prosineçkini haqsız çıxarır
13:12 18 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki İspaniya mətbuatının diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu, millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 3 oyundan 7 xal toplamağı ilə bağlı olmayıb.

Belə ki, məşhur "Marca" nəşri "Real"ın sabiq futbolçusu, hazırda "Yuventus"da çıxış edən Qonsalo İquain haqda yazıda Prosineçkinin də adını hallandırıb. Həmkarlarımız argentinalı forvardın yeni klubunda da "qol maşını" olduğunu qeyd edərək, xorvatiyalı çalışdırıcının bir müddət öncə İquain barədə dediyi sözlərə ironiya ilə yanaşıblar.
 
İquainin "Yuve"yə 90 milyon avro qarşılığında keçidindən sonra Prosineçki onun ilk yoxlama görüşündə artıq çəkidən əziyyət çəkdiyini əsas gətirərək, futbolçunu tənqid etmişdi. Həmin vaxt goal.com saytına açıqlama verən məşqçi bunları demişdi: "İquaini görəndə şoka düşdüm. O, məndən də kökdür. "Yuventus" 90 milyona sanki kiçik donuz alıb".
 
"Marca" da Prosineçkinin məhz bu sözlərini yada salaraq, İquainin hazırda əla formada olduğunu vurğulayıb. Argentinalını "Yuventus"un yeni simvolu adlandıran mətbu orqan onun qolları sıraladığını və hücum xəttində həmyerlisi Paulo Dibala ilə yaxşı tandem təşkil etdiyini bildirib.
 
Qeyd edək ki, İquain "Yuventus"un heyətində A seriyasında 8 oyunda 6 qola imza atıb. Çempionlar Liqasında isə 2 dəfə "qoca sinyora"nın şərəfini qoruyan forvard 1 dəfə fərqlənib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR