Sevdiyi oğlana yaxınlaşdı, məscid qarşısında döyüldü - FOTO

Sevdiyi oğlana yaxınlaşdı, məscid qarşısında döyüldü - FOTO
13:12 18 Oktyabr 2016
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

18 yaşlı qız sevdiyi oğlana "həddən artıq" yaxınlaşdığı və hətta cürət edərək onun əlindən tutduğu üçün ağır cəza alıb.

Onu məscidin qarşısında qamışdan hazırlanmış dəyənəklə 23 dəfə vurublar.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, hadisə İndoneziyanın Açex vilayətində yaşanıb.

Bu qız son iki gündə Şəriət qaydalarını pozmaqda suçlanaraq cəzalanmış 13 şəxsdən biridir.

Açex İndoneziyada Şəriətin qüvvədə olduğu yeganə vilayətdir.

Burada "günahkar" qadınların və kişilərin dəyənəklə, şallaqla vurulması adi haldır.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/480568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR