İlham Əliyev: "Prezident seçkilərinin vaxtını dəyişmək niyyətimiz yoxdur”

İlham Əliyev: "Prezident seçkilərinin vaxtını dəyişmək niyyətimiz yoxdur”
13:14 18 Oktyabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

 

"Bizim prezident seçkilərinin keçirilmə vaxtında dəyişiklik etmək niyyətimiz yoxdur”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində deyib.

 

O, Azərbaycanda və ölkədən kənarda bununla bağlı hansı söhbətlərin getməsindən xəbərdar olduğunu bildirib: “Belə planlar yoxdur, buna ehtiyac görmürəm. Prezident seçkilərində iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticə çıxarmaq və ya qərar vermək üçün hələ kifayət qədər vaxt var. Əgər bu gün olduğu kimi xalqın dəstəyini hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR