Prezident: "Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsindən razıdır"

Prezident: "Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsindən razıdır"
13:17 18 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsindən razıdır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik"ə müsahibəsində deyib.
"Bu məsələdə əsas tərəfdaşımız Rusiyadır. Rusiya ilə səhv etmirəmsə, ümumi dəyəri 5 milyard dollar olan müqavilələr bağlanılıb və bu müqavilələrin əksəriyyəti artıq həyata keçirilib. Başqa sözlə, bu gün Azərbaycan ordusunun silahları əsasən Rusiyadan alınmadır. Biz bu əməkdaşlıqdan məmnunuq. Ayrı-ayrı ölkələr üzrə baxdıqda biz Rusiya silahlarının əsas alıcılarından biriyik və əməkdaşlıq səviyyəsi da yaxşıdır", - deyə Prezident İlham Əliyev bildirib.
Prezident həmçinin Azərbaycanın Türkiyə, İran, Belarus, İsraildən də silah aldığını xatırladaraq qeyd edib ki, Azərbaycan Pakistanla da belə əməkdaşlıq yaratmağı planlaşdırır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR