Britaniyalılar azərbaycanlı gözəllərə HEYRAN QALDI - FOTO/VİDEO

Britaniyalılar azərbaycanlı gözəllərə HEYRAN QALDI - FOTO/VİDEO
13:18 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Baş geyimləri hər zaman dəbdədir. Yay aylarında isə əsasən kənarları geniş olan papaqlardan istifadə olunur. Azərbaycanın baş geyimlərinin isə məxsusi özəlliyi var. Məhz britaniyalı “youtube” bloggeri Azərbaycanda 1900-cü illər xanımların baş geyimlərini təqdim edərək, onların necə dəbli olduqlarını göstərir.

Publika.az həmin videonu təqdim edir:

Üç qadın çəkiliş otağında poza verirlər. Onlar çay üçün libas və geniş papaqlar geyiniblər. Aydın görünür ki, hər bir papaq xüsusi olaraq tikilib.

Nahar üçün nəzərdə tutulan birinci baş geyimi üzəri qara lent ilə bəzədilmiş Bakı modelidir.

İkinci model isə üzəri küləş ilə bəzədilmiş ipək materialıdır. Baş geyiminin üst hissəsini model xanımın başını aşağı salması ilə aydın görürük. O, daha sonra başını qaldıraraq kameraya gülümsəyir.

Saç düzümünü vurğulamaq üçün 3-cü model çox uyğundur.

Bu dəniz stilli geyim Bakıya uyğunlaşdırılmış parlaq baş geyimlərindən biridir.

Fəxrəndə Dəmirova






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR