"Qorxurdular ki, uşaqları qaçırarlar" - Coli və Pitin cangüdəni

"Qorxurdular ki, uşaqları qaçırarlar" - Coli və Pitin cangüdəni
13:21 18 Oktyabr 2016
62 Şou
Ölkə mətbuatı
A- A+

Boşanma ərəfəsində olan Ancelina Coli və Bred Pitin keçmiş cangüdəni Mark Billinqhem "The Sun" qəzetinə məşhur ailə haqda açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, "Brangelina" ilə 18 ay işləyən Bullinqhem onların ən böyük qorxusunun uşaqlarının qaçırılması olduğunu söyləyib:

"Uşaqların yanına kimin yaxınlaşacağı mövzusunda çox narahat idilər. Cangüdən və mühafizəçilərini xüsusi diqqətlə seçirdilər. Mənə güvənirdilər, mən də öyrəşmişdim. Uşaqları tək başına hara isə apara bilərdim. Başqa cangüdənlərə bu icazə yox idi.

Bir dəfə Ancelina kütlənin arasında hamıya imza verirdi. Orada hər kəs gülürdü, lakin bir nəfər xaric... Çox hirsli görünürdü. Colinin avtomobilinə yaxınlaşdı. "Angie" düşüb imzalamaq istədi, etiraz etdim. Fotonu alıb uzatdınm, imzaladım qaytardı. Eyni adam daha sonra otelin yanında da göründü. Sən demə, o, hər yerdə Colini izləyirmiş".

Mark işlədiyi müddətdə ailəylə heç bir probleminin olmadığını açıqlayıb.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR