Coğrafiya İnstitutu: "Dayanmadan yağışların yağması Azərbaycan üçün..."

Coğrafiya İnstitutu: "Dayanmadan yağışların yağması Azərbaycan üçün..."
13:27 18 Oktyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda oktyabr ayında dayanmadan bir neçə gün ərzində yağışların yağması ölkə üçün qeyri-adi haldır.

Milli.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, belə yağıntıların yağma ehtimalı 10-12 ildən bir ola bilər. Onun sözlərinə görə, fasilələrlə bu miqdarda yağıntı düşə bilər. M.Qasımov vurğulayıb ki, bu günlər ərzində ölkə ərazisinə artıq aylıq normanın xeyli hissəsi yağıb:  "Azərbaycan üçün oktyabr ayında yağıntının çoxillik norması 33-35 mm-dir. Ancaq onun 50%-i artıq 4-5 gün ərzində yağıb. Əvvəlki illərdə 5 gün ərzində Bakıda dayanmadan yağışın olması ilə bağlı hər hansı bir qeydiyyat yoxdur. Demək olar ki, bu, çox az-az, nadir hallarda müşahidə olunan haldır".

İqlimşünas vurğulayıb ki, havaların qeyri-sabit və yağıntılı keçməsinin səbəbi şimal-qərb hava kütləsinin respublikaya daxil olmasıdır. Bu hava kütləsinin dayanıqlı olduğunu deyən M.Həsənov bildirib ki, tam şimal və ya qərb hava kütlələri ayrılıqda olduqda temperatur fərqi və yağıntılar 2-3 gündən artıq olmur: "Şimal-qərb hava kütlələri isə dayanıqlıdır və ola bilsin ki, yaxın 2-3 gün ərzində də belə havalar davam etsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR