AFFA "Neftçi"nin futbolçusunu cəzalandırıb

AFFA "Neftçi"nin futbolçusunu cəzalandırıb
13:37 18 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Neftçi" klubunun heyətində çıxış edən Rahil Məmmədovu cəzalandırıb. 
"Report"un məlumatına görə, buna müdafiəçinin Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə "Zirə" ilə baş tutmuş görüşdə qırmızı vərəqə alması səbəb olub.
47-ci dəqiqədə meydandan kənarlaşdırılan futbolçu növbəti tur komandasına kömək edə bilməyəcək. Üstəlik, futbolçunun "qırmızı"sı kluba 200 manata başa gəlib.
Komitə son turda keçirilmiş "İnter" - "Qəbələ" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubu 800 manat cərimələyib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/affa-neftci-nin-futbolcusunu-cezalandiri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR