Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Yunanıstan PAOK-u arasında Bakıda keçiriləcək oyun üçün 5 000 bilet satılıb.
Milli.Az bildirir ki, bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, son günlər Bakıda havanın yağışlı olması bilet alışına mənfi təsir edib. Lakin biletlər əsasən oyun günü alındığından klub bu rəqəmin daha da artacağını gözləyir.
Qeyd edək ki, oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - PAOK oyunu saat 21:00-da başlayacaq.
Milli.Az