Uşaqda şəhvət hissini valideynlər yaradır

Uşaqda şəhvət hissini valideynlər yaradır
13:59 18 Oktyabr 2016
111 Digər
Ölkə mətbuatı
A- A+

APA.TV-nin "Motivasiya" verilişinin bu sayında şəhvətdən danışılıb.
 
 
 
Sevda Sultanova
 
Şəhvəti çox vaxt ehtirasla eyniləşdirirlər. Amma şəhvət fərqli hissdir. Çünki ehtirasın mənəvi tərəfi var. Sevgidən söhbət gedirsə, burdakı ehtiras, yaxud kiminsə peşəsinə olan ehtirası həm də mənəviyyatla, ruhla bağlıdır.
 
Şəhvətin isə daha çox nəfslə əlaqəsi var, bu hiss insanı şərə aparır. İncildə artıq qida, əyyaşlıq, sevgisiz, zor gücünə nəyəsə sahiblənmək iddiası da şəhvət sayılır.
 
Şəhvət insanın təməl hisslərindən biridir. Amma o, idarəolunmaz olanda zorakılığa gətirib çıxarır.
 
Elə adamlar da var ki, onlarda şəhvət sadəcə patologiyadr. Tarxidə onun ən bariz nümunəlrindən biri Roma imperatoru Kaliquladır.
 
 
 
İlqar Rəsul
 
Şəhvət nəyisə və ya kimisə əldə etmək arzusudur. Şəhvət idarəolunmaz ehtirasdır. İnsan xarakterinin ayrıca bir çaları  da sayılan bu hiss qeyri sağlam yollarla və vasitələrlə öz istəyinə can atmaq, öz rahatlığını təmin etməyə cəhd kimi də izah olunur. Şəhvət insan hissindən daha çox heyvanı hiss kimi də dəyərləndirilir. Dinlərdə istənilən qanunsuz ehtiras və arzu şəhvət hesab edilir və Allahdan üz çevirmək kimi dəyərləndirilir. Şəhvət bir insanın nəyisə əldə edib öz maraqları üçün istifadə etməsidir. Şəhvət hissi sərvətə, qana və digər şeylərə qarşı da ola bilir. 
 
Cinsəl anlamda şəhvət ehtirasın vəhşilik həddi sayılır. Qarşı tərəfin razılığını, istəyini, yaxud marağını nəzərə almadan onunla intim münasibətdə olmaq şəhvətin ən təhlükəli həddidir. Şəhvət ailənin və cəmiyyətin mənəvi dəyərlərini dağıdıb məhv edir. Ona görə də insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin edilmiş ölkələrdə belə şəhvət  hissinə rəsmi qaydada məhdudiyyətlər nəzərdə tutulub. Şəhvət insanın içində yığılmış və başqa formada bayıra çıxı bilməyən güclü enerji də adlandırılır. Şəhvət sevgi deyil, sadəcə əldə etmək arzusudur.          
 
 
 
Səbinə Bayramova-psixoloq
 
Şəhvət hissi yalnız bir duyğu deyildir, belə ki bir neçə duyğuların, əsasən də cinsi istəklərin ümumiləşdirilməsinə verilən addır. Bu duyğu ilə bağlı yarana biləcək psixoloji pozuntuların qarşısını almaq üçün valideynlər ilk olaraq övladlarının bu mövzularda suallarını doğru istiqamətdə cavablandırmalıdırlar. Bəzən valideynlər övladlarını bu mövzuda sual verərkən tərbiyəsizliklə ittiham edirlər və ya bilərəkdən yanlış cavablar verirlər. Onlar yanlış cavab verməklə vəziyyətdən çıxdıqlarını düşünürlər. Bu zaman əlbəttə ki uşağın beynində suallar qalır, bu sualların cavabını başqa yerlərdə axtarmağa başlayır. Başqa yerlərdə isə uşaq tamamilə yanlış istiqamətlənə və gələcəyi üçün yanlış cinsi tərbiyə almış olar bilər, bu da böyük problemlərə yol açar. Bəzən də bir çox ailələrdə qız övladlarına oğlanlarla dostluq edib oynamamasını və ya əksinə, oğlanlara qızlarla dostluq edib oynamamasını tapşırırlar. Bu zaman yetişən şəxsiyyətin gələcəkdə qarşı cinslə yaşayacağı münasibətində böyük problemlərə yol açmış olurlar. Beləliklə də, ilk olaraq valideynlər övladlarını cinsi tərbiyə mövzusunda böyük problemlərlə üz-üzə qoymuş olurlar. Bu cür problemlərdən əziyyət çəkən şəxslər utanmadan, çəkinmədən mütəxəssislərə müraciət etməli, problemini həll etdikdən sonra isə qarşı cinsdən olan şəxslə uğurlu münasibət və uğurlu ailə həyatı qura bilərlər.
 
 
 
Müzakirəni tam olaraq APA.TV-nin "Motivasiya" verilişində izləyin.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR