“Rəvan”ı “Bayıl Arena”dan qovdular - ÖZƏL

“Rəvan”ı “Bayıl Arena”dan qovdular -   ÖZƏL
14:57 18 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+


I divizionda mübarizə aparan “Rəvan” klubu çıxılmaz vəziyyətdədir. Fanat.Az xəbər verir ki, bir neçə gün öncə, cüzi məbləğə bu klubda oynamağa razı olan futbolçular maaşlarını ala bilmədikləri üçün məşqə çıxmaqdan imtina ediblər.


Klub rəhbərliyi pulların ödəniləcəyini vəd edərək, problemi müvəqqəti aradan qaldırsa da, “Rəvan” daha bir xoşagəlməz sürprizlə üzləşib.


Belə ki, paytaxt klubu uzun müddətdir icarə haqqını ödəmədiyi üçün “Bayıl Arena”dan qovulub. Komanda bundan sonra Qaraçuxur qəsəbəsində yerləşən bazasında, standartlara cavab verməyən meydançada məşq edəcək.


AFFA “Rəvan”a yalnız “Bayıl Arena”da rəsmi matçlarını keçirmək üçün icazə verib.   


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rvan-bayl-arenadan-qovdular-t53430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR