"Onun əvəzinə xəcalət çəkirəm" - İlhamə

"Onun əvəzinə xəcalət çəkirəm" -  İlhamə
15:16 18 Oktyabr 2016
60 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İlhamə Qasımova "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişində ifa tərzinə görə onu tənqid edənlərə cavab verib.

Axşam.az xəbər verir ki, ifaçı özündə bəyənmədiyi xüsusiyyətlərdən söz açıb:

“Məni sevənlərin sayı əvvəl necə idi, elə də qalıb. Azərbaycanlıyam, nə qədər xarici mahnı sevsəm də, yenə qəlbimdə doğma bəstələr səslənir.

Kimisə pərt edə, səhvini üzünə vura bilmirəm. Mən onun əvəzinə xəcalət çəkirəm. Ancaq mənim rəfiqəm bir problem olan kimi onu üzə deyir. Bu hərəkəti alqışlayıram. Çox istəyərdim ki, mən də elə olum".

İ.Qasımova şou-biznes nümayəndələrinin boşanmasından bəhs edib:

"Şou-biznesi kənara qoyaq, heç bu aləmə aidiyyatı olmayanlar boşanır. Evlənirlər, beş aydan sonra ayrılırlar. Şou-biznesdəkilər göz qabağında olduğu üçün hər dəfə onların adı hallanır. Mən onun tərəfdarıyam ki, əgər sən yaşaya bilmirsənsə, əzab çəkməkdənsə ayrılmalısan”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR