Avtobusda dərman gizlədib gətirən şəxsə hökm oxunub

Avtobusda dərman gizlədib gətirən şəxsə hökm oxunub
15:22 18 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər sakini Şirzad Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un xəbərinə görə, hakim Rasim Sadıxov sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ş.Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ş.Abbasov Rusiya Federasiyasının Moskva şəhərində istintaqla müəyyən edilməyən şəxslərlə qabaqcadan əlbir olaraq güclü təsirə malik külli miqdarda “Tropikamid” dərman preparatını idarə etdiyi mikroavtobusun arxa təkərlərinin içərisindəki boşluqda yerləşdirərək daşıyıb. Dəyəri 29 min 100 manat olan 970 ədəd dərman preparatını “Samur” gömrük postundan gizli şəkildə keçirib.
Ş.Abbasova qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq) və 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR