Məhkumlar arasında DAVAYA görə cinayət işi başladı

Məhkumlar arasında DAVAYA görə cinayət işi başladı
15:52 18 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsinə (CÇM), Müalicə Müəssisəsinə və İxtisaslaşmış Müalicə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçiriblər.

Milli.Az bildirir ki, Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmələrdə məqsəd daxil olmuş müraciətlərin, məhkumlarla rəftar və onların saxlanılma şəraitinin araşdırılması, beynəlxalq standartlara və Cəzaçəkmə müəssisələrinin Daxili intizam Qaydalarına uyğun şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi, habelə 13 saylı CÇM-də məhkumlar arasında məişət zəmində baş vermiş münaqişənin araşdırılması olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi araşdırma çərçivəsində konfidensial şəraitdə qəbul edilmiş məhkumlar 13 saylı CÇM-in yaşayış sahəsində məhkumlar arasında məişət zəmində baş vermiş münaqişə ilə bağlı cərimə təcridxanasına keçirildiklərini, müəssisə əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqə və zorakılığa məruz qalmadıqlarını, cərimə təcridxanasındakı saxlama şəraiti və rəftarla bağlı şikayətlərinin olmadığını, hər gün həkim müayinəsindən keçirildiklərini, o cümlədən müəssisəyə heç bir əlavə xüsusi dəstənin yeridilmədiyini, bu barədə yayılan məlumatların əsassız olduğunu bildirmiş, öz ifadələrini müvafiq aktlarda təsdiq ediblər.

Faktla əlaqədar prokurorluqda cinayət işinin başlanıldığı məlum olub.

Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Başçəkmələr çərçivəsində məhkum olunmuş şəxslərlə rəftara dair müəssisə rəhbərliyi və xidmət əməkdaşları ilə maarifləndirici söhbətlər aparılıb, müvafiq müəssisələrin rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR