ARB Kəpəz Gürcüstandan Bakıya yük aparan qatar qəzaya uğrayıb. Hadisə bu gün saat 12.30 radələrində Zəyəm Dəmiryolu Stansiyasının ərazisində baş verib.
Milli.Az xəbər verir ki, Gürcüstan-Bakı marşrutu üzrə hərəkət edən qatarın 4 vaqonu relsdən çıxaraq aşıb. Baş vermiş hadisə digər qatarların hərəkətinə də maneçilik törədilib. Hazırda qatarlar bir yolla hərəkət edirlər. "Azərbaycan Dəmiryolları" QSC-nin müvafiq struktur bölmələri qəzanın fəsadlarının aradan qaldırılmasına çalışırlar.
Milli.Az